”Seyid Rza Salehi Əmiri çərşənbə günü, fevralın 26-da hökumət iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib: “Hökumət əl sənayesi məhsullarının ixracına maneələri aradan qaldırmağa çalışır. Bununla bağlı problemlərdən biri valyuta müqavilələri idi. Bu məsələ Mərkəzi Bankın əməkdaşlığı ilə həll olundu. Biz sənətkarların sığortası məsələsini də izləyirik.”
Əl sənayesinin yeni yolda irəlilədiyini və parlaq gələcəyinin olduğunu bildirən nazir əlavə edib: “Dünya Əl Sənayesi Şurasının sədri İranı “əl sənayesinin cənnəti” adlandırıb. Bu onu göstərir ki, əl sənəti işləri ilə məşğul olan sənətkarların əsərləri beynəlxalq aləmdə yüksək dəyərə və cəlbediciliyə malikdir.”
Sizin rəyiniz